Türkiyə mətbuatında "Anadolu agentliyi"nə müsahibə verən HƏMAS rəsmisi Əhməd Əbdülhadi İran və HƏMAS-ın ortaq çağırışlarla mübarizə mövzusunda yüksək səviyyəli əməkdaşlığını davam etdirdiyini söyləyib.
Arannews-Həqiqət QHT (Truth NGO) - O, həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində keçirdiyi son görüşə də toxunub. Eastnews.org-un verdiyi xəbərə görə, bəzi ərəb ölkələri tərəfindən dəstəklənən İsrailin rejimi ilə əlaqələrin normallaşmasına münasibət bildirən HƏMAS rəsmisi qeyd edib ki, Əqsa məscidi müsəlman ümmətinin qırmızı xəttidir.
HƏMAS, həmçinin ərəb və müsəlman xalqlarını sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxmağa çağırıb.