Tarix : 2019 Feb 25
Kod 57711

MARNEULİDƏ Hz Fatimeyi Zəhrnın (s.ə) mövludu münasibətilə tədbir keçirilib - FOTOLAR

MARNEULİDƏ HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB Bu gün Marneuli rayonunun Alget kəndində Peyğəmbərimizn (s) əziz qızı, imamət xanımı və anası Həzrət Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə mərasim təşkil olunub.

Arannews-Xanımların iştirak etdiyi mərasimi öncə (tədbirin aparıcısı) Rəhimə Qurbanova təbrik və giriş sözü ilə açıq elan etdikdən sonra sözü Qurani-Kərimdən ayələr tilavət etmək üçün Sevinc Namazovaya verib. Sonra “Müsəlman Qadınlar İcması”nın üzvləri olan Esmira Nəsibova və Nahidə Hacıyeva xanımlar xanımı Hz. Fatimeyi Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından, ailə və qadınlara örnək olacaq həyat tərzindən geniş söhbətlər ediblər. Kiçik yaşlı Quran kursu şagirdləri isə Hz. Fatimənin (s.ə) ibrətli kəlamlarını söyləyiblər. Bayram süfrəsi ətrafında təşkil olunan mərasim məddah Səid Həsənin ilahilər oxuması və şeirlər söyləməsi ilə davam edib. Sonda xanımlar arasında yarış təşkil olunub, qaliblərə və Fatimə və Zəhra adında olanlara ədiyyələr təqdim olunub. Mərasim dua oxumaqla sona çatdı. Qonaqlara təqvim və dini infografiklər paylanılıb. Qeyd edək ki, bu günlərdə Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasimlər keçirilir.







  • Yazılıb
  • da (də) 2019 Feb 25
  • Göndərən مدير سايت Aran News