Tarix : 2019 Feb 26
Kod 57714

Təbriz imam cüməsi: Azərbaycan dövləti bu ölkənin dövlət və xalqına izzət bağışlayan müsəlmanlarına qayğı ilə yanaşsın

Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Ali-Haşim Təbrizin bu həftəki cümə namazı xütbələrində Azərbaycan dövlətindən istəyib ki, bu ölkənin izzətinə səbəb olmuş müsəlmanlara qayğı ilə yanaşsın.

AranNews – Redaksiyamızın Vəliyyi-fəqihin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəliyi ofisinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, Təbrizin imam cüməsi bu şəhərdə keçirilən cümə namazı xütbələrində Azərbaycan Respublikasının müsəlman xalqına dua edib və bu ölkədə müsəlmanlara qarşı yaranmış məhdudiyyətlərə işarə edib, dindarlara qarşı son davranışları uyğun olmayan hərəkət adlandırıb və Azərbaycan dövlətindən istəyib ki, bu ölkənin dövlət və xalqının izzətinə səbəb olmuş müsəlmanların qayğısına qalsın.Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Ali-Haşim Azərbaycan dövləti və xalqının müvəffəqiyyət rəmzinin bu ölkə müsəlmanlarının izzətində olduğunu vurğulayıb.


  • Yazılıb
  • da (də) 2019 Feb 26
  • Göndərən مدير سايت Aran News