Tarix : 2019 Feb 26
Kod 57717

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur

Hicri təqvimlə cəmadiüs-sani ayının 20-si dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür. Həmin gün İslam aləmində Qadınlar bayramı kimi də qeyd edilir.

Arannews-Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər» surəsini əta edir. Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur.Tərbiyə etdiyi İmam Həsən və İmam Hüseyn, xanım Zeynəb və Ümmü Gülsüm kimi övladları, xanım Zəhranın (s.ə) ilahi kamillik yolunun nümunələrindəndir. Allah-təala insanları bu Xanıma xatir yaratdı. Arzumuz budur ki, insanlar və xüsusən xanımlar bu Xanımı tanısınlar və onun yolu ilə getsinlər ki, özləri nahəyət bir dərəcəyə yetişə bilsinlər.


  • Yazılıb
  • da (də) 2019 Feb 26
  • Göndərən مدير سايت Aran News