Tarix : 2019 Feb 25
Kod 57718

Iğdırda Xocalı Soyqırımının 27-ci ildönümü anıldı

Türkiyə Respublikasının İğdır şəhərində Qeyri Hökumət Təşkilat birliyləri tərəfindən 22 Fevral 2019 tarixində, Xocalı Soyqırımının 27-ci ildönümü anıldı.

Arannews-Tədbiri Qeyri Hökumət Təşkilatının adından ASİMDAR təşkilatının sədri Göksel Gulbey açıq elan etdi. Sonra hər iki qardaş dövlətin himnləri səsləndirildi, şəhidlərin xatirəsinə İğdır şəhər axundu tərəfindən Quran və dualar oxundu.Tədbirdə Şəhər, Bələdiyyə,Huquq muhafizə orqanlarının rəhbərləri, Karş Baş Konsulunun kökməkçisi Tural Həsənov, Behbud Gedalı, Professor Aygun Attar xanim iştirak ediblər. ASİMDAR təşkilatının sədri Göksel Gulbeyin dəvəti ilə İğdıra gəlmiş Yeni Yurd Sosial İnkişaf içtimai birliyinin sədri Dilbər xanım Sultanova, Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Qarabağ qazisi, Xocalı Soyqırımının canlı şahidi Aqil Məmmədov iştirak ediblər. Iğdır şəhər əhalisinin,QHT-lərin, məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbir, Iğdır şəhər mərkəzində yerləşən Heydər Əliyev adina parkın yaxınlığında yerləşən Zibeydə Xanım meydanında Xocalı və İğdır şəhidlərinin xatirəsinə rəsim sərgisi ilə davam etdirildi. Tedbirde söz alan Kars Baş Konsulunun kömekçisi Tural Həsənov və Xocalı Soyqırımının şahidi Aqil Memmedov, 26 Fevral 1992 ci ildə Xocalıda Erməni və rus birləşmələri tərəfindən törədilən vəhşilikləri, insanlığa qarşi olan ağır cinayətləri, dünya dövlətlərinin bu soyqırıma biganə qalması, günahsız insanların yurd-yuvalarından didərgin düşməsi, bugünki dünyada ikili gedən siyasətlərdən danışdılar.QHT-lərin sədrləriylə bərabər təşkilatların üzvləri,tədbir iştirakçılari Türkiyədə ən böyük ucaldılan "Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər abidəsi"nə yürüş etdilər.Yürüşdə Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıraraq "Dünya, Xocalıya Səssiz Qalma" şüari altında abidənin qarşısına çatdılar.Yürüş iştirakçıları şəhidlərin xatirəsinə Qurani-Kərim oxuyub dualar etdilər. Sonda şəhər rəhbərliyi tərəfindən tədbir iştirakçilarına ehsan verildi. 

Musavat.com

  • Yazılıb
  • da (də) 2019 Feb 25
  • Göndərən مدير سايت Aran News