Tarix : 2019 Feb 27
Kod 57726

Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludu şənliyi keçirilib

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günü münasibətilə Bakıda yaşayan iranlıların hüseyniyyəsində əzəmətli mərasim keçirilib.

Arannews-Bu münasibətlə Əhli-Beyt(ə) vurğunları Bakının müxtəlif məntəqələrindən bu hüseyniyyəyə toplaşaraq, şənlik mərasimi keçirib, şirniyyat paylamaqla özlərinin Ummu Əbiha Həzrət Fatimeyi-Zəhra(s.ə)-ya olan səmimi məhəbbətlərini ifadə ediblər.Bu mərasim Azərbaycan Respublikasında tanınmış Əhli-Beyt(ə) məddahı Hacı Seyid Taleh Boradigahinin məddahlığı ilə özünəməxsus mənəvi əhval-ruhiyyə kəsb edibdir.Höccətulislam Seyyed Mortəza Ərdəbili də bu mərasimdə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın fəzilətləri və o iki aləmin xanımının bu misilsiz şəxsiyyətinin özəlliklərini bəyan edərək, o həzrətdən nümunə götürməyə və o həzrətin yolunun gedilməsinə təkid edibdir.

  • Yazılıb
  • da (də) 2019 Feb 27
  • Göndərən مدير سايت Aran News