Tarix : 2019 Feb 27
Kod 57729

AİP Xocalı faciəsinin 27-ci ildönümü anıb

Azərbaycan İslam Partiyasında bu gün Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirildi.

Arannews-“Xocalı soyqırımı-xalqımızın qan yaddaşı” mövzusunda keçirilən dəyirmi masada qurumun sədr əvəzi Hacı İlham Əliyev, partiya funksionerlərindən Akif Heydərli, Vüqar İbayev çıxış edərək bədnam erməni millətçilərinin, terrorçuluqda xüsusi ad qazanan ermənilərin, o cümlədən Ermənistana məhz bu faciənin ssenarisini həyata keçirməkdə birbaşa iştirak etdiyinə görə rəhbər vəzifələrə irəli sürülən köçəryanların, sarkisyanların, paşinyanların bu ölkədə terrorçuluğu  dövlət səviyyəsinə qaldırdıqlarını dilə gətiriblər. Çıxışçılar bildiriblər ki, ermənilərə himayədarlıq edən güc mərkəzləri Azərbaycana qarşı separatizmi  dəstəkləməklə işğalçı rejimi silah və maliyyə yardımları ilə bu gü dən təmin etməkdən çəkinmirlər.“Xocalı soyqırımının  xalqımızın heç zaman unutmayacağını, düşməndən bu qeyri-insani və amansızlıqla həyata keçirilən faciənin qisasını alacağını” bildirən masa iştirakçıları bundan ötrü  ümumi düşmənə qarşi yumruq kimi birləşməyi zamanın cəmiyyətimizin qarşısında qoyduğu ən vacib vəzifə hesab ediblər.Toplantının sonunda partiya səlahiyyətliləri soyqırım faciəsinin qurbanlarına Allahdan rəhmət diləyərək, ruhlarına dualar oxuyub, xalqımıza,  soyqırıma məruz qalanların yaxınlarına, ailələrinə baş sağlığı veriblər.(islaminsesi)


  • Yazılıb
  • da (də) 2019 Feb 27
  • Göndərən مدير سايت Aran News