Tarix : 2019 Feb 28
Kod 57733

İranlı tələbələrin Xocalı bəyanatı

Azərbaycan Respublikasında təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi Xocalı soyqırımının 27-cü ildönümü ilə bağlı bəyanat veriblər. Məlumata görə bəyanatda deyilir:

Arannews-"Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin təmsilçiləri XX əsrin faciəsi olan Xocalı soyqırımının 27-cü ildönümü ilə əlaqədar olaraq bildiririk ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.Artiq 27 ildir ki, dünya, o cümlədən də İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir və bu ağır və dəhşətli faciədə Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir. Biz iranlı tələbələrin Azərbaycandaki birliyinin təmsilçiləri də Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik".Allah bütün müsəlman şəhidlərimizə rəhmət eləsin!"


  • Yazılıb
  • da (də) 2019 Feb 28
  • Göndərən مدير سايت Aran News