Tarix : 2019 Feb 28
Kod 57737

Nebenzya: Rusiya, İran və Türkiyə Suriyada terrorçular ilə mübarizə mexanizminin hazırlanmasında əməkdaşlıq edirlər

Rusiyanın BMT-dəki daimi nümayəndəsi çərşənbə axşamı dedi: Astana prosesinin gedişinə zəmanət verən ölkələr yəni, İran, Rusiya və Türkiyə Suriyada terrorçular ilə mübarizə aparmaq üçün müxanizm təqdim etməyə çalışırlar.

Arannews-İRİB-nin bildirdiyinə görə, Vasili Nebenzya Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında Suriyanın şimal-qərbində, İdlib vilayətində durumun geyri-stabil və səbatsız olduğunu deyərək, əlavə edib: Əgər bu məntəqədə durum qeyri-stabil olaraq qalarsa, bu məsələ terrorçuları həvəsləndirə bilər. Nebenziya əlavə etdi: Ənnüsrə Cəbhəsi terrorçuları bu qeyri-stabil vəziyyətdən istifadə edərək, Suriya ordusuna qarşı təhrikedici hərəkətlərə əl atır və mülki əhalini hədəfə alırlar. Buna görə də, bu vəziyyətə göz yummaq olmaz. Suriya ordusu ötən bir neçə həftə ərzində İdlib vilayətinin terrorçulardan təmizlənməsi üçün məntəqəyə əlavə qüvvə və hərbi təchizatlar göndərib.


  • Yazılıb
  • da (də) 2019 Feb 28
  • Göndərən مدير سايت Aran News