Rusiya XİN rəhbəri Serqey Lavrov ABŞ-ın Venesuela, Kuba və Nikaraquada hakimiyyəti dəyişmək istəyilə bağlı bəyanatını şərh edib.
Arannews-Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda RİA Novosti agentliyi yazır.Lavrovun sözlərinə əsasən, Vaşinqton beynəlxalq hüququn əsaslarını sarsıtmağa çalışır." Yəni Monro doktrinası hazırda gözümüzün önündə formalaşan doktrina önündə solğunlaşır. Hazırki doktrina, əslində, bildirir ki, amerikalılar onları qane etməyən rejimləri devirmək üçün istədikləri yerdə güc tətbiq etmək hüququnu qəsb edirlər", — deyə Lavrov qeyd edib.O, əlavə edib ki, ABŞ rəhbərlərinin açıq bəyanatları "həyəcanlı vəziyyətin" göstəricisidir.Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Maykl Pompeo ölkəsinin daha hansı hakimiyyətləri dəyişmək niyyətində olduğu haqda danışıb.