Tarix : 2019 Mar 01
Kod 57744

Livan Hizbullahının baş katibi Suriya prezidentinin İrana olan səfərini müsbət qarşılayıb

Livan Hizbullahının baş katibi Suriya prezidentinin İrana olan səfərini və İnqilab Rəhbəri ilə görüşünü müsbət qarşılayıb.

İRİB-nin verdiyi məlumata görə, Livanda çıxan Rəh Əl-Yəum qəzeti yazıb: Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı gecə Hizbullahın qadın fəalları ilə görüşdə Suriya prezidenti Bəşşar Əsədin İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşünə işarə edərək, dedi: İnqilab Rəhbəri və Bəşşar Əsədin görüş səhnəsini gördüyüm zaman gözlərimdən yaş axdı. Seyid Həsən Nəsrullah həmçinin, bu görüşdə Hizbullaha qarşı tətbiq edilmiş sanksiyalara işarə edərək, dedi: Bu addımda məqsəd müqaviməti yoxsul etmək, maliyyə problemləri ilə üzləşdirmək və bu yolla müqavimətə təzyiq göstərməkdir. Livan Hizbullahının baş katibi daha sonra düşmənin fitnələri qarşısında qəti addımların atılmasına təkid etdi. 

  • Yazılıb
  • da (də) 2019 Mar 01
  • Göndərən مدير سايت Aran News