Tarix : 2019 Mar 02
Kod 57746

Tiflisdə xüsusi əməliyyatda Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində - azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Arannews-“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir neçə şəxs saxlanılıb.Saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşının da olduğu bildirilir.Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyat barədə hələ rəsmi açıqlama yaymayıb. 

  • Yazılıb
  • da (də) 2019 Mar 02
  • Göndərən مدير سايت Aran News