Tarix : 2019 Mar 02
Kod 57751

BMT: Qolan Suriya ərazisinin bir hissəsidir

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyir Pederson BMT TŞ-nin iclasında Suriya dövlətinin işğal olunmuş Qolan (Colan) təpələri üzərindəki suverenliyini müdafiə edib

Arannews-İslamazeri.com xəbər verir ki, cümə günü Suriya məsələsini müzakirə etmək üzrə keçirilən sessiyada danışan Pederson, BMT TŞ-nin qətnamələri və xüsusən 2254 saylı qətnaməsinin Suriyanın ərazi bütövlüyünə vurğu etdiyini, buna görə Qolan təpələrinin də Suriya torpaqlarının bir parçası olduğunu vurğulayıb.Pederson Suriya haqqında hazırladığı və bu sessiyada təqdim etdiyi ilk hesabatında həmçinin Suriyada qarşıdurmaların dayandırılmasının bir zərurət olduğunu, Suriyanın taleyini başqaları deyil, Suriya millətinin müəyyən etməsi lazım olduğunu ifadə edib.

  • Yazılıb
  • da (də) 2019 Mar 02
  • Göndərən مدير سايت Aran News