Tarix : 2019 Mar 03
Kod 57757

Ukrayna ilə Gürcüstan arasında gediş gəliş şəxsiyyət vəsiqəsi ilə mümkün oldu - Digər yenilik isə

Bu gündən etibarən Ukrayna və Gürcüstan arasında gediş-gəliş ID vəsiqə ilə mümkün olacaq.

Arannews-24News.ge istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Xarici İşlər Nazirliyi yayıb.Ukrayna və Gürcüstan vətəndaşları ID vəsiqə ilə gediş-gəlişdən bu gündən istifadə edə biləcəklər. Vətəndaşlar bir-birlərinin ərazisində 1 il ərzində 90 gün vizasız qala biləcəklər.Ukrayna və Gütcüstan ID vəsiqə ilə gediş-gəliş haqqında sazişi keçən ilin Oktyabrında imzalayıblar.2019 cu ilin 1 martından Ukrayna və Gürcüstan arasında vizasız gediş gəliş razılaşması qüvvəyə minir. Mövcud vizasız rejimlə yanaşı iki ölkə vətəndaşlarının daxili şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişi də qüvvəyə minir“, - deyə Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

  • Yazılıb
  • da (də) 2019 Mar 03
  • Göndərən مدير سايت Aran News