Tarix : 2019 Mar 03
Kod 57758

Hizbullah: İngiltərə kimin terrorçu olduğunu müəyyən edəcək mövqedə deyil

Şeyx Qasım İngiltərə rəhbərliyinin "Hizbullah"ın siyasi qanadını terror təşkilatı elan etməsinə reaksiya verib.

Arannews-İslamazeri.com xəbər verir ki,Şeyx Naim Qasım İngilis dövləti kimin terror təşkilatı olduğu və kimin terror təşkilatı olmadığı mövzusunda nəzər bəyan edə biləcək mövqedə olmadığını, çünki London rəhbərliyinin şəxsən İsrail kimi bir terror rejimini və radikal terror təşkilatlarını dəstəkləyən bir rəhbərlik olduğunu qeyd edib.Şeyx Qasım "Hizbullah"ın Livan milləti və regionun gözündə qürurlu və şərəfli müqaviməti simvolizə etdiyini, əsl İngiltərənin davranışlarını düzəltməsi və terroru dəstəkləməkdən əl çəkməsi lazım olduğunu vurğulayıb.

  • Yazılıb
  • da (də) 2019 Mar 03
  • Göndərən مدير سايت Aran News