Tarix : 2019 Mar 04
Kod 57761

İranın Azərbaycan Respublikasına ixracatı artıb

İranın Bakıdakı səfiri deyib: Ötən milad ilində İranın Azərbaycan Respublikasına ixracatı ondan öncəki illə müqayisədə artıbdır.

Arannews-İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu gün Ərdəbil vilayətindəki Biləsuvar-Muğan sərhəd terminalının ikinci etapının istifadəyə verilməsi mərasimində əlavə edib: Proqramlaşdırma və münasib infrastrukturların yaradılması ilə iki ölkə arasındakı ticarət mübadilələri həcmini onqat artıraraq, beş milyard dollara çatdırmaq olar.Cahangirzadə İran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük başçılarına minnətdarlıq edərək, deyib: 2018-ci ildə Azərbaycan Respublikasının İranla dörd sərhəd gömrüyündən üçünün fəaliyyəti sutkalıq olubdur.İranın Azərbaycan Respublikasındakı səfiri sonra deyib: Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə ticari və iqtisadi peyvəndlərdəki qabiliyyətləri və imkanları ilə mühüm rol oynaya bilər.

  • Yazılıb
  • da (də) 2019 Mar 04
  • Göndərən مدير سايت Aran News