Tarix : 2019 Mar 04
Kod 57764

Müqtəda Sədrin "Sairun" Koalisiyası ABŞ-ın İraqdakı hərbi varlığına bu cür son qoymaq istəyir

Müqtəda Sədrin "Sairun" Koalisiyası ABŞ-ın İraqdakı hərbi varlığına son qoymaq üçün parlamentə yeni təkliflə çıxış edəcək

Arannews-İslamazeri.com xəbər verir ki, Seyid Müqtəda Sədrin "Sairun" Koalisiyası ABŞ-ın İraqdakı hərbi varlığına son qoymaq üçün parlamentə yeni təkliflə çıxış edəcək. Bu haqda İraq mediasına müsahibəsində "Sairun" Koalisiyasından seçilən deputat Səttar Cabbar əl-İtabi bildirib.O müsahibəsi zamanı yeni layihənin səs çoxluğu ilə qəbul edilməsi təqdirdə ABŞ hərbi güclərinin İraqdan çıxarılması gündəmə gələcək. "Sairun" Koalisiyası parlementarisi Əsəd Əbdülsadiq də məsələ ilə bağlı ötən günlərdə çıxış edərək "Strateji müqavilədə, ABŞ ordusunun İraqdan çəkilməsi haqqında heç bir maddə yoxdur. Bu səbəblə yenidən nəzərdən keçirilməsi lazımdır və qısa zamanda bu qüvvələrin İraqı tərk etməsi lazımdır", -deyə bildirmişdi.Xatıradaq ki, Seyid Müqtəda Sədrin "Sairun" Koalisiyası ötən il Parlament seçkilərində səs çoxluğu ilə qalib gəlmişdi. Bu koalisiya ölkə tarixində ən böyük koalisiya kimi tarixə düşüb.Onu da qeyd edək ki, ABŞ-ın İraqda varlığına son qoymaq üçün digər şiə təşkilat və hərbi birləşmələrdən başqa, dövlət rəsmiləri də dəfələrlə çıxış edib.

  • Yazılıb
  • da (də) 2019 Mar 04
  • Göndərən مدير سايت Aran News