Tarix : 2019 Mar 07
Kod 57777

Rəşt-Qəzvin dəmiryolunun ilk sərnişini

Bu gün İran prezidentinin iştirakı ilə Rəşt-Qəzvin dəmiryolu xətti istifadəyə verilib.

Arannews-164 kilometrlik Rəşt-Qəzvin dəmiryolu xətti bir trilyon 850 milyard tümən kreditlə düzəldilib. Bu dəmiryolu xətti ildə on milyon ton yük və üç milyon müsafir daşımaq imkanına malikdir. Rəşt-Qəzvin dəmiryolu xətti Nostrak adlı Şimal-Cənub beynəlxalq dəhlizinin bir hissəsidir.Rəşt-Astara dəmiryolu xəttinin icrası ilə İranın ümumölkə dəmiryolu Azərbaycan Respublikası və Rusiya dəmir yollarına qovuşacaq.Rəşt-Qəzvin dəmiryolu xəttinin rəsmi açılışından sonra 120 şəhid və döyüşçü ailəsi prezidentin yolasalma mərasimi ilə müqəddəs Məşhəd şəhərinə yola düşüb.Rəşt-Astara dəmiryolu xəttinin inşası haqda anlaşma sənədiŞimal-Cənub beynəlxalq dəhlizinin təkmilləşdiricisi olan Rəşt-Astara dəmiryolu anlaşması İranın yol və şəhərsalma nazirliyindən olan doktor Xademi ilə Xatəmulənbiya qərargahının komandanı doktor Mohəmməd arasında imzalanıb.Bu mərasimdə iştirak edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri də deyib: Azərbaycan Respublikası-İran əlaqələri strateji həmkarlıqlar səviyyəsinə çatıbdır.

Şahin Mustafayev əlavə edib: İki ölkə arasında tranzit nəqliyyatı sahəsində həmkarlığın daha çox genişlənməsi və Şimal-Cənub beynəlxalq dəhlizi layihəsinin icrasının təmini Azərbaycan Respublikası və İran üçün böyük önəm kəsb edir və strateji hədəflərin reallaşması istiqamətində atılan mühüm addımlardır.O, əlavə edib: Sevindirici haldır ki, qarşılıqlı hörmət, dostluq prinsipləri və islami irslərə əsaslanan Azərbaycan Respublikası-İran əlaqələri son illərdə sürətlə inkişaf edib və strateji həmkarlıqlar səviyyəsinə çatıbdır.Ruhani: Bu dəmiryolu xətti gələcəkdə Azərbaycan Respublikası sərhədinə və beynəlxalq dəmiryolu xəttinə qovuşacaq.İran prezidenti Rəşt-Qəzvin dəmiryolu xəttinin açılış mərasimində deyib: Çox şadıq ki, bu gün gözəl Gilan vilayətinin dəmiryolu vasitəsilə ümumölkə dəmiryolu xəttinə qoşulmasının şahidiyik və bu xətt gələcəkdə Azərbaycan Respublikası sərhədinə və beynəlxalq dəmiryolu xəttinə qovuşacaqdır.Həmçinin Rəşt-Qəzvin dəmiryolu xəttinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası, İraq və Pakistan rəsmilərindən bir qrupu da iştirak edib və doktor Həsən Ruhani ilə xatirə şəkli çəkdiribdir.

  • Yazılıb
  • da (də) 2019 Mar 07
  • Göndərən مدير سايت Aran News