Tarix : 2019 Mar 07
Kod 57779

Əbülfəz Sadıqbəyli azadlığa çıxdı

Bu gün Qaradağ rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəməsi keçirilib.

Arannews-“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Ə.Sadıqbəyli azadlığa buraxılıb.İttihama görə, Əbülfəz Sadıqbəyli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə təqsirləndirilir.O, "Nikoil Bank" adından saxta sənəd hazırlayıb ondan istifadə etməklə bankın krediti ilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilib. İstintaq zamanı banka dəyən borc ödənilib.

  • Yazılıb
  • da (də) 2019 Mar 07
  • Göndərən مدير سايت Aran News