Son günlərdə dost və qardaş ölkə Azərbaycan Respublikasının bir sıra mediaları İran İslam Respublikasının hörmətli prezidentinə xoşagəlməz müraciətlər etdilər və onu Gülüstan və Türkmənçay müqavilələri barədə yalan danışmaqda ittiham etdilər. Bu məsələdə qardaş və qonşu Azərbaycan Respublikasında öz media əməkdaşlarıma müraciət edərək bir neçə məsələni xatırlatmağı zəruri bilirəm.
AranNews - Son günlərdə dost və qardaş ölkə Azərbaycan Respublikasının bir sıra mediaları İran İslam Respublikasının hörmətli prezidentinə xoşagəlməz müraciətlər etdilər və onu Gülüstan və Türkmənçay müqavilələri barədə yalan danışmaqda ittiham etdilər. Bu məsələdə qardaş və qonşu Azərbaycan Respublikasında öz media əməkdaşlarıma müraciət edərək bir neçə məsələni xatırlatmağı zəruri bilirəm.Birinci: İranın hörmətli prezidenti cənab Ruhani o tarixi müqavilələrdən danışmışdır ki, dünyanın bütün elmi, tarixi və siyasi dairələrində o barədə açıq-aşkar məlumatlar vardır. Yalnız dost və qardaş Azərbaycan Respublikasının rəsmi dialoqunda bundan söz açılmır.
İkinci: Azərbaycan Respublikası biz iranlılar üçün müstəqil bir siyasi vahiddir, onun müstəqilliyini 20-ci əsrin 90-cı illərinin əvvəllərində rəsmi olaraq tanımışıq. Nə onun şəhərlərinə qarşı ərazi iddiası edirik, nə də onu almaq qəsdimiz vardır. Amma Arazın o tayındakı bəzi qardaşlarımız tarixdən qorxurlar və daim İranın Qacar şahının nümayəndəsi (türk idi, özü də xəzər türklərindən) ilə rus çarlığının nümayəndəsi arasındakı müqavilədən danışırlar və bununla da tarixi hay-küy arasında itirməyə səy edirlər. Həmin qardaşlara tövsiyə edirəm ki, nə qədər ki, itib-batmayıb Məhəmməd Əmin Rəsulzadənin yazılarının orjinalını oxusunlar.
Üçüncü: İranda və Azərbaycan Respublikasında milli kimlik iki fərqli yol gedir. Biz bu günü keçmişə bağlamaq istəmirik. Bizim baxışımız gələcəyədir. Əks halda bir vaxtlar “Babul-əbvab”dan (Dərbənd) “İfriqiyyə”yə (müasir Şimali Afrika) qədər İran qoşunlarının atları ayağı altında idi. Lakin bunlar bugün heç bir dərdə çarə etmir. Nə İstanbul latınca Bizans yazılmadı, nə də Badkubə kirilcə Moskva yazılmadı. Bu barədə söz çoxdur, lakin ondan ötüb keçirik. Bu qədər deyək ki, biz dost ölkənin və qardaşlarımızın nə bir qarış torpağına ehtiyacımız var, nə bir nəfər adamına. Özümüz 80 milyondan çoxuq və türk, ərəb, əfqan, şiə və əhli-sünnə qardaşlarımızla Beytül-müqəddəsi fəth etmək niyyətindəyik, Bakdubəni yox. Bakı bizim üçün əzizdir. Qum, Təbriz, Tehran və İranın digər şəhərləri səfərləriniz sizi qarşılayır. Doğrusu, sizin İrana səfəriniz rahatdır, yoxsa bizim Bakıya səfərimiz? Siz bizdən səfər pulu alırsınız, amma biz almırıq. Bura sizin ikinci vətəninizdir, əzizlər. Ata evi. Ora da bizim üçün ikinci ev kimidir. Övlad, qardaş və bacılarımızın evi kimi. Siz pul da alsanız, yenə biz sizin görüşünüzə gələcəyik.Dördüncü: Bir nəfər cənab Fəzayil İbrahimli və Fazil Mustafaya desin, bir az tarix oxuyun ki, bu qədər yalan danışmayasınız. Sasanilər dövründən bu tərəfə Nizami “Yeddi gözəl” və Xaqani farsca şer yazdığı dövrlərdə Gəncə Aranın üzük qaşı, Dərbənd İranın Babul-əbvabı idi, Qəməri İmam Hüseyn (ə) üçün nöhvə yazırdı. Səfəvi dövlətinin üç paytaxtı var idi. İki yüz il İrana hökumət etdi. Səfəvi şahlarından yalnız Şah İsmayıl Təbrizdə tac qoydu. O, şiə azanını minarələrə apardı, hökumət etmək üçün Mühəqqiq Ərdəbilidən izn aldı. Səfəvi dövlətinin digər iki paytaxtı Qəzvin və İsfahan olub.Amma biz bugünkü Bakını Azərbaycan Respublikasının paytaxtı olaraq tanıyırıq, nə kiçik İstanbul, nə də miniatür Təbriz Qafqazın paytaxtı deyil. Əlbəttə, agah adamlar yaxşı bilir ki, bu açıqlamalar Avarasiyaya bağlıdır. Təbrizlilərin sözü ilə desək “haradan sınıb, haradan səs verir”.Beşinci: Sizdən çox eşitmişik ki, “uman yerdən küsərlər”. Biz öz qadaş və dostlarımızla deyil, düşmənlə küsürük. “Biz küsənçi deyilik, qardaş!” Lakin, gileyimiz budur ki, nə üçün Qarabağ müharibəsində şəhid olan iranlılara abidə qoymamısınız?Altıncı: Bəzi azəri təhqiqatçılardan eşitmişəm ki, böyük şeytan dünyanın yengəsindədir və kiçik şeytan Yaxın Şərqdə. Yaxın Şərqdə olan şeytan deyirik: Bakı Təl-Əviv olmayacaq, amma çox çəkməz ki, Təl-Əviv, Təl ər-Rəbi olar.