Tarix : 2019 Mar 07
Kod 57782

Sepah: Ruhaninin xəbəri var idi...

Sepah rəsmisi B.Əsədin İran səfəri haqda danışıb.

Arannews-un ISNA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsədi Tehrana, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) “əl-Qüds” dəstəsinin komandanlığı dəvət edib.“Əl-Qüds”-ün rəsmisi İsmayıl Kaani bildirib ki, İran prezidenti Həsən Ruhani Bəşər Əsədin baş tutacaq səfəri haqda xəbərdar idi.“Əsədin Tehran səfəri olduqca həssas məsələdir. Lazımi şəxslərin hamısı bundan xəbərdar idi”, - deyə o qeyd edib.Kaaninin sözlərinə görə, İran XİN başçısı M.C.Zərifin bu səfər haqda xəbərdar olmamasının səbəbi Ruhaninin “xətasıdır”.

O bildirib ki, hökumət və Sepah arasında bir sıra məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, “söhbət doğma İranın rəhbərliyi haqda gedir”.“Bu bizim ümumi hakimiyyətimizdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, “əl-Qüds” dəstəsinin komandanı Qasim Süleymani İran XİN başçısının dostudur. (Mənbə)



  • Yazılıb
  • da (də) 2019 Mar 07
  • Göndərən مدير سايت Aran News