Tarix : 2019 Mar 08
Kod 57784

Vaizi: Tehran Bakı ilə əlaqələri genişləndirmək üçün heç bir məhdudiyyətə malik deyildir

İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri deyib: Tehran Bakı ilə əlaqələri genişləndirmək üçün heç bir məhdudiyyətə malik deyildir
Arannews-İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi bu gün Rəşt-Astara dmiryolunun inşa əməliyyatına start mərasiminin kənarında Azərbaycan Respublikası iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşündə bu günün iki ölkə əməkdaşlıqları tarixində əlamətdar gün olduğunu bildirib.İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri deyib: Qəzvin-Rəşt dəmiryolunun istifadəyə verilməsi və Rəşt-Astara dəmiryolunun inşa əməliyyatının başlanması İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı prossesinə öz töhfəsini verəcəkdir.Dünən İran İslam Respublikasının iştirakı ilə Qəzvin-Rəşt dəmiryolu eləcə də Gilan ostanında 60-dan çox abadlıq layihəsi istifadəyə verilib.

  • Yazılıb
  • da (də) 2019 Mar 08
  • Göndərən مدير سايت Aran News