Tarix : 2019 Mar 08
Kod 57786

Ərdoğandan mesaj: S-400-dən sonra S-500...

Türkiyə prezidenti S-400 ilə bağlı danışıb.
Arannews-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 zenit raket komplekslərinin (ZRK) alışına dair sazişi tamamlanmış iş adlandırıb.Biz S-400-lə bağlı işi tamamlamışıq. Geriyə addım barədə söz belə gedə bilməz. Biz ruslarla saziş imzaladıq və biz birgə istehsala başlayacağıq. Ola bilsin ki, S-400-dən sonra biz S-500 ilə də məşğul olduq”, - deyə Ərdoğan bəyan edib.Xatırladaq ki, ABŞ Dövlət Departamentinin mətbuat-katibinin yardımçısı Robert Palladino bildirib ki, əgər Türkiyə Rusiyada S-400 alarsa, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər.

  • Yazılıb
  • da (də) 2019 Mar 08
  • Göndərən مدير سايت Aran News