Xəbər Lenti

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər

İran ilə Azərbaycan Respublikası arasında üç əməkdaşlıq sənədi imzalanıb

Dərman zavodunun inşası sürətləndiriləcək

Arxiv
 
Tarix : 2019 mar 08     |     Kod : 57787

Vicdanın nə olduğunu bilməmək və vəhabi dostlara malik olmaq

Təsəvvür edin ki, adam illərdir YAP hakimiyyətinin qulluğunda canla başla xidmət edir.

Arannews-QMİ sədri hər dəfə danışanda milyonları təəccübləndirir. Bu dəfə iclasda deyib ki, mənim vəhabi dostlarım var. İclas güya "dinlərarası nə bilim nə" adlı bir proqrama həsr edildiyi üçün Allahşükür Paşazadə də istəyib yeni bir söz desin, dinlərarası kəramət, məzhəblərarası bəsirət göstərsin, amma bu dəfə vəhabi dostlarının olduğunu deməkdən də çəkinməyib. Bizim el içində bir məsəl var, deyirlər ki, insan qocaldıqca müdrikləşir, amma görünür bu söz Allahşükür Paşazadəyə aid deyil. Bir tərəfdən qınaya da bilmirsən. Təsəvvür edin ki, adam illərdir YAP hakimiyyətinin qulluğunda canla başla xidmət edir. Konfranslarda hətta Allahın adından qabaq Əliyevin adı yadına düşür. Belə olan halda insan müdrikləşərmi? Məsələn qabaqlar deyirdi ki, mən neçə ildir şeyx işləyirəm, hələ də vicdanın nə olduğunu bilmirəm. Bu sözdən sonra YAP hakimiyyəti ilə əməkdaşlıq etdiyi üçün bu günə qaldığını və etirafın dəqiq olduğunu deyənlər oldu. Vicdanlı söz idi həqiqətən də. Daha sonra isə xarici ölkələrin birində adına villa peyda oldu. Dedilər ki, şəriki də heç bir səhm-hissə ortaya qoymadan onların biznesinə qoşulan xarici bir qadındır. Sonra müsahibə alan zaman bilindi ki, sən demə Allahşükür müəllim ora ancaq namaz qılmaq üçün gedir. Yəni o ölkələrin hər yeri murdardı, nəcisdir, it nəcisidir, qoyun qığıdır, Abel Məhərrəmovun apardığı nəcis sular bütün küçələrə tökülüb, Allahşükür müəllim də yer tapmadığı üçün ondan ötrü orada namazgah hazırlayıblar ki, girib orda namaz qılsın, Quran oxusun, etikaf saxlasın. Bu söhbətin üstündən də bir stəkan su və bir ədəd xurma ilə iftar açan oruclular kimi keçdik. Amma o, bununla da kifayətlənmədi. İndi də deyir ki, mənim vəhabi dostlarım vardır. Deməli, İlham Əliyevlə, vəhabilərlə, şəriki olan o qızla (belə demək olarsa) dostluq edən Allahşükür müəllim deyəsən bircə ölkədə ayıq şiələrlə düşmənçilik edir. Ölkədə şiə məzhəbinin hansı mənsubu həbs edilirsə QMİ az qalır bəyanatla çıxış etsin, desin ki, bunlar Boka Haramdır, əl-Qaidədir, Talibandır, İŞİDdir. Hələ Nardaran hadisələrindən sonra AzTV kanalına üç nəfər işçisini də çıxarıb danışdırırdılar.Bir məsələni də deyib söhbəti xətm edirəm, əlinizi vicdanınıza qoyub özünüz qərar verin. Bəzilər deyir ki, Allahşükür müəllim olmasa QMİ sədri vəzifəsinə lap şiələrin acığına vəhabi birisini təyin edərlər. Əlbəttə bu uzaq nəzərdir. Lap deyək ki, Allahşükür Paşazadə vəhabi sədrə baxanda "toya getməlidir". Amma day bu qədər də olmamalıdır axı. Şiə məzhəbinə mənsub olan bir insanın idarədə sədr olamsı ona görə sərfəlidir ki, şiələrə kömək etsin. Hətta nəinki dini idarədə, məsələn deputatxanada hansısa bir dindar olsa pismi olar? Bu insanlar öz statuslarından istifadə edib şiələrə bacardıqları qədər kömək etməlidir. Amma Allahşükür Paşazadədə belə bir şey görürükmü? Gəlin vicdanlı olaq, oturaq düşünək, görəsən İmam Rza (ə) zəmanəsinin zalım şahlarının meydan suladığı bir dövrdə və ölkədə hakimiyyətdə təmsil edilən Əli ibn Yəqtin kimi bir insana "qal və hakimiyyətdə ola-ola bizə kömək et" dediyi kimi Allahşükür Paşazadəyə də eyni sözü deyərdimi? Əgər deyirsinizsə "bəli, deyərdi" onda sözüm yoxdur. Çoxlu dualar edin, İmam Zaman (əc) ağa tezliklə zühur etsin, onda Allahşükür Paşazadə barədə hökm verər, biz də yəqinə çatarıq.



Açar sözlər : 

Yazılıb da (də)   2019 mar 08  Saat  21   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin