Tarix : 2019 Mar 09
Kod 57788

Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşüb

Arannews-Faktxeber.com məlumat verir ki, Tehrana səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində İran İslam respublikası xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.Görüş bu gün səhər İran XİN-in binasında baş tutub.Görüşdə  iki ölkənin əlaqələrinin inkişafı və  iki ölkənin regional əməkdaşlığına dair müzakirələr aparılıb.Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələləri üzrə fikir mübadiləsi aparıblar.


  • Yazılıb
  • da (də) 2019 Mar 09
  • Göndərən مدير سايت Aran News