Xəbər Lenti

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər

İran ilə Azərbaycan Respublikası arasında üç əməkdaşlıq sənədi imzalanıb

Dərman zavodunun inşası sürətləndiriləcək

Arxiv
 
Tarix : 2019 mar 09     |     Kod : 57790

Bizim xalqın bədbəxtliyi budur ki, onda bu iki şeyin heç biri yoxdur

Tarix kitablarını vərəqləsək, xronologiyaya nəzər salsaq, nə bilime ensiklopediya oxusaq görərik ki, dünyada nə qədər inqilablar, dövlət çevrilişləri baş verib. Əlbəttə oxumasaq da bu məsələdən az-çox xəbərimiz vardır.

Arannews-Yəni bu cür hadisələrin həm zehndə yeri vardır, insan sadə bir təsəvvürlə bunu zehnində canlandıra bilər. Həm də bunun vücuduna xaricdə çox rast gəlmişik. Amma nəzərdə tutduğumuz və Azərbaycan xalqının hər birisindən məhrum olduğu iki şey bu deyil. Yəni zehndə və xarcidəki inqilabdan danışmıram. Çünki xalq arasında zaman-zaman insanlar tapılır ki, zehnlərində, öz aləmlərində həqiqi mənada bir inqilab, Qarabağın, qisasın erməni qaniçənlərindən alınmasını təsəvvür edirlər. Çünki necə deyərlər insanlar çox zaman xəyallarında yaşayırlar. Xəyalda yaşamaq, xəyallar uydurmaq, günü-günə satmaq, bu günün işini sabaha qoymaq, sabah da həmin adəti (bu günün işini sabaha qoymaq adətini) cari eləmək fəlakət gətirsə də insan bu kimi səmərəsiz işlərdən mütləq uzaq deyil. Onu da deyim ki, bizim xalq arasında insanlar var ki, təkcə zehnlərdə inqilab eləmir, üstəlik öz evində oturduğu halda hansısa yalanı Aztv kanalından eşidəndə, hansısa alçaq gədəni digər şou kanallarında görsə təkcə onu ora çıxaranı, kanal sahibini, Milli Teleradio Şurasını, Mədəniyyət nazirini deyil, bəlkə elə birinci prezidentin də ata-batasını tərifləməkdən başlayır. Deməli zehnlərdə, xəyallarda, arzulardakı inqilab bizdə ən yüksək səviyyədə, analoqu olmayan bir həddədir.Amma xaricdəki inqilaba gəldikdə isə məqsəd xarici ölkələrin birindən ölkəmizə inqilab, demokratiya "idxalı" deyil. Məsələn, bu gün YAP hakimiyyətinin Rusiyanın "kuklası" olduğunu deyənlər var. Hər nə qədər bəzi maşalar YAP hakimiyyətinin müstəqil siyasət yürütdüyünü iddia etsələr də dedikləri kor gözlərinin içinə qədər yalandır. Yalan olmasına dair sübutumuz var. Çünki bu iddianı edən insanların özləri heç zaman ölkədə azad, müstəqil yaşamağa, fikir bildirməyə, mövqe nümayiş etdirməyə qadir olmayıblar. Onlar özləri belə danışanda onlara icazə verdikləri sözləri işlədib, izn verilən miqdardan çox danışa bilmirlər.Bəli, biz "xaricdən" gələn inqilab haqda danışmırıq, bəlkə "xaricdə", zehndən, xam-xəyaldan, təsəvvürdən kənarda olan bir inqilab haqda danışırıq. Bəs xaricdə inqilabdan məqsəd nədir?Demək olar əsas mətləbə daxil ola bilirik. Xaricdəki inqilabdan məqsəd odur ki, insan xam-xəyal aləmindən çıxsın, bir qədər realist olsun, yəni ancaq fikirləşməkdən əlavə bir iş də görsün. Fikri-zikri də əməldə bir iş görmək barədə düşünmək olsun. Yəni xəyalında qurduğu və rəhbərlik etdiyi inqilabı küçələrə, meydanlara, qəzetlərə, saytlara, şüarlara, efir kanallarına daşısın. Bu ki, məlum oldu, oxucunu çox intizarda qoymamaq üçün xalqımızın bədbəxtliyinə səbəb olan iki nemətin yoxluğu barədə danışmaq istərdik. Hansı ki, tərslikdən onların heç birinə sahib deyilik. Ən azından hələ ki, sahib deyilik. Amma görünür bundan sonra birdəfəlik və həmişəlik bundan məhrum olacağıq. O iki nemətdən biri və ən başlıcası insanın, xalqın Allah yolunda iş görməsidir. Təbii ki, bundan ötrü insandan güclü iman tələb olunur. Yəni xalqlar başa düşür ki, Allah üçün ölmək məqamı gəldikdə, yəni zalımın qulağından tutmaq aşırmağa məcbur olduqda heç kimdən qorxmamalı, bunu Allaha xatir icra etməlidir. İkincisi isə odur ki, - be cəhənnəm – olsun ki, xalqlar Allaha lazımi qədər təvəkkül edə bilmirlər, imanları güclü deyil, lap belə dinsizdirlər heç olmasa özlərinin, qapı qonşularının, balalarının acından öldüklərinin, bir parça çörəyə ehtiyaclı olduqlarını da görmürlərmi? Buna siyasi dildə xalq, millət, dövlət üçün candan keçmək deyirlər. Yəni xalqın hər bir nümayəndəsi belə bir qərara gəlir ki, bəsdir artıq zülm altında inlədik, bəsdir ayrı-seçkilik, daydaybazlıq, tayfabazlıq oldu, bəsdir pullu yaşadı, kasıb acından öldü. Artıq oyanmaq, xalqı, dövləti, vətəni azad etmək vaxtıdır. Təəssüflər olsun ki, bizim xalq bu iki şeyin ikisindən də məhrumdur. Bu səbəbdən də bir addım belə qabağa gedə bilmir. Qabağa gedənlər hakimiyyətdə illərdir qocalan, xalqın malını oğurlmaqla porsuğ boyda olan lazımsız məmur yığınıdır, amma xalq həmişəki kimi zülm altında inləyir, kasıb, heç nəsiz yaşayır, hər gün ölümə bir addım da yaxın olur.


Açar sözlər : 

Yazılıb da (də)   2019 mar 09  Saat  13   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin