Tarix : 2019 Mar 10
Kod 57796

Laricani: İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Arannews-“İRNA” xəbər verir ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respubikasının Milli Məclisinin sədri Oqtay Əsədovun səmimi salamlarını İslam Şurası Məclisinin sədri Əli Laricaniyə çatdırdı. Öz növbəsində Əli Laricani təşəkkürünü bildirərək, onun salamlarının Azərbaycanlı həmkarına çatdırılmasını xahiş edib. Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışdı. Nazir Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfil iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib. İki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini qiymətləndirdi. Nazir, Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd edib. İslam Şurası Məclisinin sədri Əli Laricani İran Parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsini vurğulayıb. Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib. Azərbaycanın bölgədə sülhün və sabitiyin tərəfdarı olduğunu bildirib. Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. İran İslam Şurası Məclisinin sədri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb

  • Yazılıb
  • da (də) 2019 Mar 10
  • Göndərən مدير سايت Aran News