Tarix : 2019 Mar 10
Kod 57797

Azərbaycan İranla terror qruplaşmalarına qarşı birgə mübarizəni müzakirə etdi

İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Arannews-İslaminSesi Modern.az-a istinadən   xəbər verir ki, görüşdə ikitərəfil əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.Həmçinin bölgədə təhlükəsizlik, əməkdaşlıq və inkişafa dair ətraflı fikir mübadiləsi olub.Nazir Elmar Məmmədyarov ikitərəfi iqtisadi münasibətlərdən danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd edib. O, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatik danışıqlar yolu ilə həllinin dəstəklənildiyini vurğulayıb.Tərəflər arasında həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib

  • Yazılıb
  • da (də) 2019 Mar 10
  • Göndərən مدير سايت Aran News