Tarix : 2019 Mar 10
Kod 57799

"Azərbaycan və Ermənistan liderləri ilə görüşə hazırıq" - Həmsədrlərdən açıqlama

"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır".

Arannews-bildirir ki, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatda vurğulanıb.“Həmsədrlər səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyini vurğulayır və cəbhə boyu itkilərin olmamasını müsbət dəyərləndirməyə davam edirlər”, - deyə qeyd olunan sənəddə həmçinin regionda əhalini sülhə hazırlamaq istiqamətində atılan addımlar alqışlanaraq tərəflər bu məcradakı səylərini artırmağa çağrılır.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının müddəalarına əsaslanmasının vacibliyi vurğulanır: "Hər hansı bir prinsipi digərlərindən üstün tutmağa yönələn istənilən cəhd tarazlı çözümü mümkünsüz edəcək”. Eyni zamanda sənəddə həmsədrlərin Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri ilə istənilən vaxt görüşməyə hazır olduqları diqqətə çatdırılır. Bundan əlavə, həmsədrlər mandatlarına uyğun olaraq münaqişənin dinc yolla həll olunması üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını diqqətə çatdırıblar.(ölke.az)


  • Yazılıb
  • da (də) 2019 Mar 10
  • Göndərən مدير سايت Aran News