Tarix : 2019 Mar 10
Kod 57800

Səudiyyə rejiminin daha bir PUA-sı Yəmən ordusu tərəfindən vuruldu

Yəmən ordusu və inqilabi xalq komitələrinin hava qüvvələri martın 9-u səhər Səudiyyə rejiminin cənubunda yerləşən Cizanda Səudiyyə rejiminin ordusuna aid bir kəşfiyyat PUA-sını vurub.

Arannews-Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri həmin PUA-nı Cizanın Cehfan bölgəsində vuraraq yerə salıblar. Yəmən qüvvələrinin müdafiə sahəsindəki qabiliyyətləri hər gün daha da artır və bu vəziyyət təcavüzkar Səudiyyə rejimi və tərəfdaşlarının daha çox itki vermələrinə səbəb olur.

  • Yazılıb
  • da (də) 2019 Mar 10
  • Göndərən مدير سايت Aran News