Yəmən ordusu və inqilabi xalq komitələrinin hava qüvvələri martın 9-u səhər Səudiyyə rejiminin cənubunda yerləşən Cizanda Səudiyyə rejiminin ordusuna aid bir kəşfiyyat PUA-sını vurub.
Arannews-Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri həmin PUA-nı Cizanın Cehfan bölgəsində vuraraq yerə salıblar. Yəmən qüvvələrinin müdafiə sahəsindəki qabiliyyətləri hər gün daha da artır və bu vəziyyət təcavüzkar Səudiyyə rejimi və tərəfdaşlarının daha çox itki vermələrinə səbəb olur.