Xəbər Lenti

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər

İran ilə Azərbaycan Respublikası arasında üç əməkdaşlıq sənədi imzalanıb

Dərman zavodunun inşası sürətləndiriləcək

Arxiv
 
Tarix : 2019 mar 11     |     Kod : 57801

Akif Nağı:"Cənubi Azərbaycan " və ya "Güney Azərbaycan " ideyası SSRİ KQB- sinə məxsusdu və "Böyük Ermənistan" ideyası ermənilərə məxsus deyil.

Ermənilərin Qarabağa olan yersiz iddialarını bəhanə edərək anti İran təbliğatına rəvac verənlərə qarşı çixan QAT sədri, Akif Nağı haqqsız ittihamlar ilə üzləşib. Akif Nağı ittihamlar və tənqidrin müqabilində "QARABAĞ" məsələsinə dair təhlili məqalə dərc edib.

Arannews-QAT sədri "QARABAĞ" məsələsinə dair təhlili məqaləsində vurğulayıb: "Son hadislər bir məsələni də ortaya gətirdi ki, bütün dünyada Qarabağın azadlığına çalışan azərbaycanlılar bu işi yaşadıqları ölkələrin hakimiyyətinə arxalanaraq həyata keçirməlidirlər. Azərbaycanlı hansı ölkədə yaşayırsa , o ölkənin vətəndaşı kimi fəaliyyət göstərməli , o ölkəyə inteqrasiya etməli , o ölkənin güclənməsinə çalışmalıdır .  Gürcüstanda erməni qatilinə qoyulan abidəyə qarşı çıxan soydaşlarımız gürcü xalqı ilə birlikdə hərəkət etdilər ,keçirdikləri mitinqdə gürcülər də iştirak və çıxış etdılər , hakim gürcü partiyasının azərbaycanlı və gürcü deputatları erməni abidəsinə qarşı birlikdə bəyanat verdilər."Akif Nağı əlavə edib: "Hesab edirəm ki, düzgün tendensiyadı və digər ölkələr üçün də örnək ola bilər. Bunu artıq bəzi Avropa ölkələrində də müşahidə etmək olar. Soydaşlarımız orada artıq sürücülük , alver , yükdaşiyan kimi işlərlə kifayətlənmir , sürətlə yaşadıqları ölkələrin həyatına inteqrasiya edir , özləri , övladları deputat , dövlət məmuru , hüquqşünas və sair olmağa çalışırlar. İranda da son hadislərlə bağlı soydaşlarımız İranı , öz ölkələrini sevən vətəndaşlar kimi hərəkət etdilər , həm erməni təxribatına qarşı aksiyalar keçirdilər , həm hakimiyyət orqanları ilə təmasa girib məsələyə aydınlıq gətirdilər . Bununla da İranla Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyənlərin niyyətlərini dəf etmək üçün töhfələrini verdilər." QAT sədri əlavə edib: "Biz xarici ölkələrdəki soydaşlarımıza həmin ölkə əhalisinin , həmin ölkələrin özünün bir üzvi hissəsi kimi baxmalıyıq. Onlar öz ölkələrinin inkişafı naminə çalışmalı , eyni zamanda Azərbaycanda və başqa ölkələrdə yaşayan soydaşları ilə mədəni-mənəvi-milli əlaqələri saxlamalıdır. Bu, dünya azərbaycanlılarının mədəni-mənəvi-milli birliyi deməkdir.  Soydaşlarımızın yaşadıqları ölkələrə , məsələn , İrana , Gürcüstana , Rusiyaya ərazi iddialarının irəli sürülməsi yanlış və zərərli ideyadır. Yanlışlıq ondan ibarətdir ki, başqa dövlətlərin ərazi bütovyyünə hər hansı ad altında qəsd dünya birliyi , beynəlxalq hüquq tərəfindən qəbul edilmir , həmçinin ciddi sübutlara , faktlara , arqumentlərə söykənmir. Zərərlidir ona görə ki, bizi əsas hədəflərimizdən yayındırır, qonşu ölkələrlə düşmən münasibətləri yaradır. Xeyli müddətdi təbliğ olunan "Bütöv Azərbaycan" ideyası həmin yanlış və zərərli ideyaların ümumiləşdirilmiş formasıdır. Bu ideyanı ortaya atanlar onun milli ideyaya çevriləcəyinə ümid edirdilər , amma elə olmadı , bu gün bu ideya çox az adam tərəfindən müdafiə olunur . Baxın , Qarabağ milli ideyası bütün dünyada azərbaycanlıları necə birləşdirir, "Bütöv Azərbaycan " ideyası ilə bağlı bunu müşahidə etmirik. Bu ideyanın tərəfdarları ilk vaxtlar dünya azərbaycanlılarını birləşdirmək məqsədlərini açıqlayırdılar , əslində bu ideya İranın ərazi bütövlüyünə qarşı yönəldi , "Bütöv Azərbaycan" deyəndə Azərbaycan respublikası ilə İranın şimal hissəsinin , azərbaycanlıların tarixən yaşadıqları ərazilərin birləşdirilməsini nəzərdə tutduqlarını göstərdilər. Bu təşəbbüs həm də bu cəhətinə görə milli ideya səviyyəsinə yüksələ bilmədi."Akif Nağı əlavə edib: "Cənubi Azərbaycan " və ya "Güney Azərbaycan " ideyasını heç kəsin adına yazmağa ehtiyac yoxdu,ideya SSRİ KQB- sinə məxsusdu və 1945-ci ildə İranın bir hissəsini SSRİ-yə birləşdirmək üçün irəli sürülmüşdü. O vaxt bu ideyanın həyata keçirilməsi yarımçıq qaldı. İkinci dəfə həmin ideya 1950-ci illərin sonunda Moskva tərəfindən ortaya atıldı , məqsəd həmin dövrdə ABŞ-a ciddi şəkildə yaxınlaşmış İran rəhbərliyinə təzyiq etmək idi. Bu ideya növbəti dəfə 1990-cı illərin əvvəlində İranı sevməyən bəzi dövlətlər tərəindən təzyiq vasitəsi kimi yenidən ortaya gətirildi. Bu ideya Azərbaycanın maraqlarına cavab vermir , müəyyən maraqlı mərkəzlər və dövlətlər tərəfindən İrana və Azərbaycana zərər yetirmək üçün dövriyyəyə buraxılıb. "Bütöv Azərbaycan " ideyası həm də "Böyük Ermənistan " ideyasından qaynaqlanır. Bir mənalı şəkildə aydındır ki, "Böyük Ermənistan" ideyası ermənilərə məxsus deyil və ermənilərə çox böyük ziyanlar gətirib. Bu ideya ermənilərə Osmanlı dövlətinin çökməsini istəyən dövlətlər, onların yaratdıqları mərkəzlər tərfindən sırınıb . Həmin qüvvələr bu ideyaları qəbul etmiş ermənilərdən Osmanlı dövlətini dağıtmaq üçün alət kimi istifadə ediblər. Həmin qüvvələr istəklərinə müəyyən qədər nail oldular ,əli boşda qalan ermənilər oldu. 1913-cü ildə Türkiyədə ermənilərin sayı təxminən 1milyon 300 min idi. Bu o dövr uçün böyük rəqəm idi , əgər etdikləri xəyanətə görə az sonra oradan köçürülməsəydilər , yeni Türkiyənin ikinci ən böyük toplumu olar və bundan geniş şəkildə yararlana bilərdilər. Amma bu ideya onları məhv etdi , bu gün də məhv etməkdə davam edir. Azərbaycanlılara sırınmış eynı məzmunlu ideya da bizə yaxşı heç nə vəd etmir." Akif Nağı nəticə olaraq vurğulayıb: "Qarabağı bütün dünyadakı soydaşlarımızın birgə mübarizəsi ilə azad edib , Təbrizdə , Borçalıda , Dərbənddə - bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi-milli birliyinə nail olacağıq. Vəziyyətdən çıxış yolu Qarabağ Milli İdeyasında , bu ideyanın geniş təbliğindədir."


Açar sözlər : 

Yazılıb da (də)   2019 mar 11  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin