Tarix : 2019 Mar 11
Kod 57802

Hacı Şahin Həsənli Rəcəb ayı barədə

"Bu aylar Allahın xüsusi rəhmət və bərəkət mövsümü, insanın mənəvi təmizlənməsi üçün əvəzsiz fürsətdir."

Arannews-Rəcəb Şabanla yanaşı, mübarək Ramazan ayının müqəddiməsi sayılır.Bu aylar Allahın xüsusi rəhmət və bərəkət mövsümü, insanın mənəvi təmizlənməsi üçün əvəzsiz fürsətdir.Həzrət Peyğəmbər (s) bu Rəcəbi “Allahın ayı”, “böyük ay” kimi qeyd edərdi. Bu ayda tutulan orucların Axirətdə xeyirləri barədə Əhli-Beyt (ə) tərəfindən çox hədis nəql olunub. Bu ayda oruc tutmaq insanı Cəhənnəmdən uzaqlaşdırar, Cənnəti ona vacib edər, ölüm və qəbr çətinlikləri həll olar və ən başlıcası Allah-təala həmin insanı əziz tutar.Bundan əlavə, ay boyunca bir sıra əməlləri yerinə yetirmək bəyənilir. O cümlədən, ay ərzində istənilən vaxt oruc tutmaq olar. Əgər kimsə Rəcəb ayında oruc tutmağa qadir deyilsə, onda zikr edə bilər. (Subhanəl-ilahil-cəlil, Subhanə mən la yənbəğit-təsbihu illa ləh, Subhanəl-əəzzil-əkrəm, Subhanə mən ləbisəl-izzə və huva ləhu əhl). Bu zikri 100 dəfə oxusa, həmin gün orucun savabına yetişər.Peyğəmbərimiz(s) həmçinin bu ayda 1000 dəfə “La ilahə illəllah” və 1000 dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” zikrlərini oxumağı tövsiyə edib."- İlahiyyatçı-alim Hacı Şahin Həsənli

  • Yazılıb
  • da (də) 2019 Mar 11
  • Göndərən مدير سايت Aran News