Xəbər Lenti

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər

İran ilə Azərbaycan Respublikası arasında üç əməkdaşlıq sənədi imzalanıb

Dərman zavodunun inşası sürətləndiriləcək

Arxiv
 
Tarix : 2019 mar 11     |     Kod : 57804

Ermənistanın mövqeyini darmadağın edən bəyanat: ABŞ, Rusiya və Fransa Paşinyana xəbərdarlıq edib

Xəbər verildiyi kimi, ötən gün martın 9-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatla çıxış ediblər.

Arannews-ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanat Ermənistanın indiki hakimiyyətinin bir ilə yaxındır danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Eyni zamanda Yerevanda geniş vesət almış və Paşinyanın hökumətinin bəzi üzvlərinə də sirayət etmiş “bir qarış da olsun torpaq qaytarmamaq” çağırışlarına cavab olaraq təsdiq edilir ki, Bakı üçün hətta ən əlverişsiz  nizamlama variantı belə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsini nəzərdə tutur.Belə ki, həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən, o cümlədən aktiv hərbi əməliyyatları bərpa etmək çağırışlarından çəkinməyə çağırırlar.Dərhal qeyd edilməlidir ki, bu çağırışların əsas hissəsi məhz erməni tərəfinə yönəlib. Həmsədrlər aydın şəkildə erməni tərəfinə mesaj verir ki, danışıqlar formatını dəyişdirmək cəhdləri, yəni Dağlıq Qarabağın Nikol Paşinyanın israr etdiyi kimi danışıqlarda iştirakı baş tutmayacaq. Çünki Azərbaycanın razılığı olmadan danışıqların formatını dəyişdirmək mümkün deyil.Habelə gələcək danışıqlar üçün şərtlər irəli sürən tərəf məhz Ermənistan idi. Paşinyan hər fürsətdə bəyan edirdi ki, onun Dağlıq Qarabağ ermənilərinin adından danışmaq üçün mandatı yoxdur. Və əgər Azərbaycan nəticəyə hesablanmış danışıqlar prosesi görmək istəyirsə gərək Dağlıq Qarabağın iştirakına razı olsun.

Bu, Nikol Paşinyanın hakimiyyətə gələndən bəri Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinin əsas müddəası idi. İndi isə həmsədrlər onun nəzərinə çatdırır ki, danışıqlar ancaq indiki format çərçivəsində aparılmalıdır və danışıqların aparılması üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir.

Bəyanatdan sitat: “Minsk Qrupu formatında nizamlama prosesinin mahiyyətinə dair bu yaxınlarda səslənən bəzi ziddiyətli publik bəyanatlara istinad edərək həmsədrlər təsdiq edir ki, ədalətli və qəti nizamlama Helsinki yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiq etməməyə və ya güc tətbiqi ilə hədələməməyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməyə əsaslanmalıdır. Bura həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər də daxildir, o cümlədən: Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyinə və özünü idarə etməsinə təminat verən araqlıq statusu, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz, Dağlıq Qarabağın gələcək hüquqi statusunun iradənin hüquqi mütləq ifadə edilməsi (referendum) yolu ilə müəyyən olunması, bütün qaçqın və məcburi köçkün şəxslərin öz yaşayış yerlərinə geri qayıtması, sülhməramlı əməliyyatları da özündə birləşdirən beynəlxalq təhlükəsizlik təminatı.”

Başqa sözlə, həmsədrlər Ermənistanda “ərazilər əvəzinə sülh” variantını qəbuledilməz sayan və ya “bir qarış da torpaq qaytarmamaq” prinsipinə söykənənlərə birmənalı şəkildə xatırlatmış olur ki, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması istənilən halda, istənilən nizamlama variantında əsas elementlərdən biridir.  Deməli Paşinyanın o cümlədən ərazilərin qaytarılmasına dair danışıqlar aparmaqdan yayınması da mümkün olmayacaq.

Həmsədrlər qeyd edirlər ki, bütün bu prinsiplər və elementlər vahid tam şəklində nəzərdən keçirilməlidir. Prinsiplərin və ya elementlərin istənilən brini digərinin üzərinə qoymaq balanslı həll yolunun tapılmasını qeyri-mümkün edir.Bu nə deməkdir? Diplomatik dildə bu o mənanı verir ki, Ermənistan rəhbərliyi münaqişənin nizamlanmasının mümkün yolları barədə danışanda Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini, yaxud müstəqilliyinin tanınmasını şərt kimi irəli sürə bilməz. Çünki bu halda öz müqəddəratını təyin etmə hüququ ərazi bütövlüyü prinsipindən önə keçmiş olacaq. Yəni Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən sonra Azərbaycanın ərazi bütövlüyündən danışmaqdan söhbət gedə bilməz. Həmsədrlər münaqişənin həlli yolunu bu iki prinsip arasında balansın tapılmasında görür. Belə balans isə heç  bir halda Dağlıq Qarabağa müstəqillik verilməsindən keçə bilməz.

Təsadüfi deyil ki, Ermənistanda Paşinyanın opponentləri həmsədrlərin bəyanatını Yerevanın danışıqlarda mövqelərinin zəifləməsinin göstəricisi və indiki hakimiyyətin buraxdığı diplomatik səhvlərin nəticəsi adlandırıblar. Respublika partiyasının sözçüsü Eduard Şarmazanov hesab edir ki, bu bəyanat Paşinyanın hakimiyyətinə dəyən sillədir və ona göstərilmiş “sarı kartdır”. Çünki həmsədrlər danışıqlar formatının dəyişdirilməsini qəbuledilməz adlandırmaqla Paşinyana tam əks mövqe ortaya qoyur. “Bu isə indiki hakimiyyətin qeyri-ciddi və populist siyasətinə cavabdır”-Şarmazanov bildirir.Həmsədrlərin bəyanatına hələlik Paşinyanın münasibəti məlum deyil. Hərçənd Paşinyan bir neçə gün əvvəl bildirmişdi ki, Azərbaycan prezidenti ilə qarşıdakı görüşündə o cümlədən danışıqlar formatının dəyişdirilməsini müzakirə edəcək. Və Azərbaycan prezidenti Yerevandan səslənən son bəyanatların danışıqlar prosesindən imtina kimi dəyərləndirilə biləcəyini deyərək ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşündə beynəlxalq vasitəçilərin bu kimi bəyanatlara qiymət verməli olduğunu bildirmişdi.

Nikol Paşinyanla İlham Əliyevin razılaşdırılmış ilk rəsmi danışıqlarının yeri və vaxtı hələlik açıqlanmayıb, ictimaiyyətə məlum deyil. Amma həmsədrlərin son bəyanatından sonra məlum olanı budur ki, Ermənistanın yeni hakimiyyəti Qarabağa dair populist və avantürist mövqeyini kənara qoyub ən azı “Madrid prinsipləri”nin hansısa yeni variantı üzrə real danışıqlar aparmalı olacaq. Bunun əksi isə danışıqlardan imtina və yeni müharibəyə çağırış deməkdir.

 

Virtualaz.


Açar sözlər : 

Yazılıb da (də)   2019 mar 11  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin