Tarix : 2019 Mar 11
Kod 57805

Həsən Ruhani İlham Əliyevi İrana dəvət edib

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Arannews-Görüşdə H.Ruhani Azərbaycanla İranın münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib və Tehran–Bakı arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. FaktXəbər bildirir ki, İran mediasının yazdığına görə, görüş ərəfəsində Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib.Qeyd edək ki, son 5 ildə Azərbaycan və İran prezidentləri arasında 12 görüş keçirilib.

  • Yazılıb
  • da (də) 2019 Mar 11
  • Göndərən مدير سايت Aran News