Tarix : 2019 Mar 11
Kod 57807

Təbrizdə ”Qarabağ Azərbaycanındır və SON!’ tədbiri keçirilib – Fotolar

Beynəlxalq Camiətul-Mustafa universitetinin Təbriz filialında azərbaycanlı tələbələr tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Tehran səfərinə etiraz əlaməti olaraq tədbir keçirilib.

Arannews-“Qarabağ Azərbaycanındır və SON!” adı altında keçirilən tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehran səfərinə etiraz edilib və Tehranın “Ararat” idman klubunda erməni icmaları ilə görüşdə yol verilən özbaşına addımlar kəskin pislənilib.Qafqaz Nədəniyyət Mərkəzinin verdiyi məlumata görə, tədbirdə azərbaycanlı təlbələrlə yanaşı, başqa ölkələrdən olan tələbələr və Təbrizin siyasi-ictimai xadimləri, mətbuat işçiləri və televiziya nümayəndələri də iştirak ediblər.Tədbir Cavid İbrahimlinin Quran tilavəti ilə başlayıb.Daha sonra, tələbə Mirəli Ağayev Nikol Paşinyanın İrana səfəri zamanı etdiyi özbaşınalıqları qısa şəkildə tədbir iştirakçılarına çatdırıb.Nikol Paşinyanın ermənilərlə görüşdüyü zalda asılan qondarma “DQR” bayrağı və o bayrağın üzərində yazılan -“Qarabağ Ermənistanındır və son” yazısına cavab olaraq, İranın dini lideri Ayətullah Xameneinin müxtəlif tədbirlərdə Qarabağ barədə səsləndirdiyi fikirləri tədbir iştirakçılarına oxunub.Daha sonra, universitetin digər tələbəsi, Ruslan Seyyidov bu səfəri və Nikol Paşinyanın ermənilərlə görüşünü pisləyərək bu görüş zamanı etdikləri özbaşınalıqları birbaşa İranın dini liderinin və İranın rəsmi bəyanatlarının əksinə olduğunu vurğulayıb. Əlavə olaraq onların xəyanətkarlığına işarə edərək deyib: “Həqiqətən də tarix təkrarlanır… onlara nəinki torpaq, heç kiçik bir zalı belə əmanət etmək olmaz!”Daha sonra universitetin digər tələbəsi, Nicat Rəsul universitetinin tələbələri tərəfindən İran XİN-ə yazılan məktubu tədbir iştirakçılarına oxuyub.Sonda Camiətul-Mustafa universitetinin Təbriz filialının müdiri Dr. Mehdi Bəxtavər çıxış edərək Qarabağın tarixi, tarixi baxımdan onun Azərbaycana məxsus olması və Xocalı faciəsindən danışıb.
6P47WJBHWU.JPG
3S-Q22TNXY.JPG
EU6C6_NR7P.JPG
BUG691R_JK.JPG
X6MP-B7BLW.JPG
J38SQ8MQNR.JPG
N56_9-2KUA.JPG
F8WN9JSBFA.JPG


  • Yazılıb
  • da (də) 2019 Mar 11
  • Göndərən مدير سايت Aran News