Tarix : 2019 Mar 12
Kod 57812

Tramp: İsraildə namizəd olsaydım, yəhudilərin 98%-i məni dəstəkləyərdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İsraildəki (aprelin 9-də keçiriləcək) parlament seçkilərində iştirak etsəydi, onda yəhudi seçicilərin 98%-i onu dəstəkləyərdi.

Arannews-Həqiqət QHT (Truth NGO) - Bu barədə o, Respublikaçılar Partiyasının Milli Komitəsinin martın 10-da Floridada təşkil etdiyi konfransda danışıb.Donald Trampın qatıldığı konfransda İsrail mövzusu əsas müzakirə obyekti olub. Çünki Tramp və onun partiyası qarşıdan gələn prezident seçkilərində (2020-ci il) yəhudilərin dəstəyini qazanmaq üçün indidən fəaliyyətə keçib.FaktXəbər-in verdiyi xəbərə görə, Ağ Ev rəhbəri çıxışı zamanı vurğulayıb ki, İsrail üçün böyük işlər görüb və bunların bariz nümunəsi Qüdsün İsrailin paytaxtı kimi tanınmasıdır.

  • Yazılıb
  • da (də) 2019 Mar 12
  • Göndərən مدير سايت Aran News