Tarix : 2019 Mar 13
Kod 57814

Prokuror jurnalistə cəza istəyib

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Arannews-"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Prokuror çıxışında A.Məmmədovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin olunub.A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
  • Yazılıb
  • da (də) 2019 Mar 13
  • Göndərən مدير سايت Aran News