Tarix : 2019 Mar 13
Kod 57816

Həkim: Ərazilərimizdə xaricilərin hərbi baza açmasının əleyhinəyik

İraqda Şəhid Günü münasibətilə müxtəlif tədbirlər keçirilib və "Həşdi-Şabi" ordusuna aid bəzi cənazələr də dəfn edilib.
Arannews-İslamazeri.com xəbər verir ki, İraq xalqı İraq İslami Ali Məclisinin keçmiş sədri Məhəmməd Baqir Sədrin şəhadətinin 16-cı ildönümü münasibətilə, Nəcəfdə Şəhidlər Gününü anıb.Sözügedən "Şəhidlər Günü" ilə eyni vaxtda terrorçular tərəfindən bir pusquda öldürülən "Həşdi-Şabi" qüvvələrindən bəzilərinin cənazələri dəfn edilib.İraq İslahat və İnkişaf Koalisiyasının sədri Əmmar Həkim tədbirdə etdiyi çıxışında, Bağdadın İraqda xarici qüvvələrin baza qurması və qonşu ölkələrin İraq torpaqlarına hücum etməsinə icazə verməyəcəyini deyib.Həmçinin İraq "Əsaib Əhli əl-Haqq" hərəkatı baş katibi Qeys əl-Xəzali də, mərasimdə etdiyi çıxışında, ABŞ-ın regionda yeni nəsil İŞİD yaratma hədəfində olduğunu bildirərək, "Həşdi-Şabi" qüvvələrinin Amerikanın bu fitnəsinə qarşı mübarizə aparacağını söyləyib.İŞİD terrorçuları ötən cümə günü Mosul-Kərkük yolunda "Həşdi-Şabi" avtomobil karvanına hücum etmiş və 6 nəfər həlak olmuş və 30-dan çoxu da yaralanmışdı.

  • Yazılıb
  • da (də) 2019 Mar 13
  • Göndərən مدير سايت Aran News