Tarix : 2019 Mar 13
Kod 57817

Azərbaycan Ordusunun Naxçıvanda komanda-qərargah təlimi keçirilir

Əlahiddə Ümumqoşun Ordu komanda-qərargah təlimi keçirir.
Arannews-"Report"un məlumatına görə “Naxçıvan Qarnizonu qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən, martın 11-dən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanının rəhbərliyi ilə keçirilən komanda-qərargah təlimi davam edir.Müxtəlif dərəcəli döyüşə hazır olmaq vəziyyətinə gətirilməsi məqsədilə təlimə cəlb olunan birləşmə və hissələr “Təlim döyüş həyəcanı” siqnalı ilə qaldırılaraq əməliyyat təyinatı rayonuna çıxarılıb. Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilib.Bu gün döyüşün planlaşdırılması ilə yanaşı, təlimin praktiki fəaliyyətinə cəlb olunan birləşmə və hissələr əraziyə çıxarılıb və ssenariyə uyğun məşq etdirilib. Qoşunların tam komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqəsi açılıb, səfərbərlik ehtiyatları və cari çatışmazlığın bərpası üzrə tapşırıqlar yerinə yetirilib.Təlim martın 16-da da davam edəcək.

 


  • Yazılıb
  • da (də) 2019 Mar 13
  • Göndərən مدير سايت Aran News