Tarix : 2019 Mar 13
Kod 57818

Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanıldı

Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.
Arannews-İslamazeri.com xəbər verir ki, bu gün səhər saat 4 radələrində Tehran - Bakı reysilə qayıdan və Qum Universitetinin Hüquq fakültəsində (ikinci təhsil) oxuyan  ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.Ailəsinə saat 08:00-də gələrək məsələ ilə bağlı saxlanma səbəbini öyrənmələri bildirilib. Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıdırdı.Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən  ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.Qeyd edək ki,  Ruhullah Novruzzadə jurnalist Ramin Bayramov və hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.

  • Yazılıb
  • da (də) 2019 Mar 13
  • Göndərən مدير سايت Aran News