Tarix : 2019 Mar 13
Kod 57820

Ermənistan Azərbaycanla sərhəddə itki verdi

Ermənistan ordusu daha bir hərbçisini itirib.
Arannews-Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan “Facebook”da yazıb. 

“Təəssüf ki, səhəri pis xəbərlə açırıq. Xidməti vəzifələrini yerinə yetirərkən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, sıravi-feldşer Hamlet Avaqyan (2000-ci il) vəfat edib”.Avaqyanın Azərbaycan sərhəddə xidmət etdiyi lakin hadisənin atışma ilə bağlı olmadığı xəbər verilir. Faktla bağlı araşdırma aparılır.Modern.az


  • Yazılıb
  • da (də) 2019 Mar 13
  • Göndərən مدير سايت Aran News