Tarix : 2019 Mar 14
Kod 57822

İran ilə İraq arasında beş əməkdaşlıq sənədi imzalanıb

Bağdadda İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İraqın baş naziri Adil Əbdulməhdinin iştirakı ilə iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında beş anlaşma və əməkdaşlıq sənədi imzalanıb
Arannews-İranın sənaye, mədən və ticarət nazirliyi ilə İraqın ticarət nazirliyi arasında həmkarlıq üzrə anlaşma sənədi; Bəsrə-Şələmçə dəmiryolu layihəsinin inşası; investorlar, iş adamları və tacirlər üçün vizanın asanlaşdırılması; sağlamlıqla bağlı sahələrdə əməkdaşlıq, həmçinin İran və İraqın neft nazirlikləri arasında həmkarlıq haqda anlaşma sənədləri iki ölkənin nazirləri və məsul şəxslərinin Həsən Ruhani və Adil Əbdulməhdinin hüzurunda imzaladıqları beş əməkdaşlıq sənədi olubdur.İran İslam Respublikası prezidenti dünən yüksək səviyyəli siyasi və iqtisadi bir nümayəndə heyəti ilə İraqın paytaxtı Bağdada daxil olubdur.

  • Yazılıb
  • da (də) 2019 Mar 14
  • Göndərən مدير سايت Aran News