Tarix : 2019 Mar 16
Kod 57826

Əfv Komissiyası yenə toplandı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Arannews-Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.Bildirib ki, bugünkü iclasda daha yüzlərlə müraciətə baxılıb.“Keçirilən iclaslarda müraciətlərə baxılıb, müvafiq tövsiyə xarakterli qərarlar qəbul olunaraq siyahı hazırlanıb. Lakin əfv hüququ prezidentin səlahiyyətlərinə daxil olduğundan hazırlanan siyahıda hansı məhbusların əfv edilməsinə ölkə başçısı qərar verəcək”, - Nuriyev qeyd edib.Hər il oluğu kimi, bu il də Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Oxu.az

  • Yazılıb
  • da (də) 2019 Mar 16
  • Göndərən مدير سايت Aran News