Tarix : 2019 Mar 16
Kod 57829

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər

“İbadət edən silahsız insanları güllələmək alçaqcasına və əxlaqsızcasınadır”

Arannews-“Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyadakı iki məsciddəki müsəlmanlara hücum edən terrorçuların hərəkətlərini alçaqcasına və əxlaqsız adlandırıb.“İbadət edən silahsız insanları güllələmək alçaqcasına və əxlaqsızcasınadır”, - deyə o bildirib.Yeni Zelandiyadakı terror aktını törədənin yaydığı “manifest”ə diqqət çəkən Ərdoğan deyib: “Qatil İslam dünyası, Türkiyə və şəxsən mənim ünvanıma təhdidlər səsləndirib”.O qeyd edib ki, müsəlmanlar radikal və islamofobların təzyiqləri qarşısında geri addım atmayacaqlar və onların səviyyəsinə də enməyəcəklər.“Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Türkiyə silahsız insanların öldürülməsinin yolverilməzliyi məsələsində prinsipial mövqeyə sahibdir”, - deyə vurğulayıb.Ərdoğan əlavə edib ki, Yeni Zelandiyadakı terror aktı zamanı 3 türk də xəsarət alıb.

  • Yazılıb
  • da (də) 2019 Mar 16
  • Göndərən مدير سايت Aran News