Tarix : 2019 Mar 16
Kod 57830

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Arannews-Hədəf14.az söhbət zamanı Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısının səmərəli keçəcəyinə və müzakirə olunan məsələlərin öz həllini tapacağına əminlik ifadə olunub.Görüşdə nəqliyyat, energetika, sənaye, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, səhiyyə və digər sahələrlə bağlı müzakirə olunan məsələlərin gözəl nəticələr verdiyi vurğulanıb, eyni zamanda ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışılıb, Neftçalada müasir avtomobil zavodunun işə düşməsindən məmnunluq ifadə olunub. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması mühüm hadisə kimi dəyərləndirilib. Prezident İlham Əliyev bu yaxınlarda Qəzvin-Rəşt dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırıb.Görüşdə elektroenergetika sahəsində də görülmüş işlər yüksək qiymətləndirilib və bu sahədə əməkdaşlığın həm ikitərəfli, həm çoxtərəfli formatda inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.Qəbula görə minnətdarlığını bildirən Fərhad Dejpəsənd İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını və Novruz bayramı münasibətilə təbriklərini dövlət başçısına çatdırıb. O qeyd edib ki, Həsən Ruhani və bütövlükdə İran Azərbaycana dost və qardaş ölkə kimi münasibət göstərir. Fərhad Dejpəsənd Prezident İlham Əliyevin ikitərəfli münasibətlər haqqında söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb.Görüşdə qeyd olunub ki, Azərbaycan və İran prezidentlərinin iradəsi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını və bayram təbriklərini İran Prezidentinə çatdırmağı xahiş edib.*** 12:44Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadiyyat və maliyyə işləri üzrə naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Hədəf14.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  



  • Yazılıb
  • da (də) 2019 Mar 16
  • Göndərən مدير سايت Aran News