Tarix : 2019 Mar 17
Kod 57833

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb

Arannews-Əfv sərəncamında tanınmış ruhani Hacı Zülfüqar Mikayılzadə, tanınmış ruhani Seyid Elman Ağayev, ruhani Elçin Qasımov, inanclı jurnalist Nicat Əliyevin, Masallı dindarlarından Kazımov Xalid və inanclı Həsənov Elxanın (Hacı Elxan)  da adları var. Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, sabiq səhiyyə naziri Əli İnsanov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman, eləcə də Qiyas İbrahimov və Bayram Məmmədov, müsavatçı Əlikram Xurşidov, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov da bu sərəncamla əfv olunublar.

  • Yazılıb
  • da (də) 2019 Mar 17
  • Göndərən مدير سايت Aran News