Tarix : 2019 Mar 18
Kod 57839

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj
Arannews-Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Əfv sərəncamında 399 məhbus əfv edilib. Onlardan 51 nəfəri siyasi motivlə həbs olunan hesab edilir. Sərəncamın icrasına bu gün səhər saatlarından etibarən başlanılıb. Onların arasında 2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan “Əsgər ölümlərinə son!” etiraz aksiyasının təşkilatçılarından İlkin Rüstəmzadə, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədov, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu, “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev və “Nida”çı Elgiz Qəhrəmanlı olublar.
  • Yazılıb
  • da (də) 2019 Mar 18
  • Göndərən مدير سايت Aran News