Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna deyib ki, icra hakimiyyətinə bu günki piket üçün müraciət göndərilib
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyası iyulun 11-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirəcək. Partiya sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz edəcək.
BŞİH rəhbərliyi Müsavata Bakının mərkəzində mitinq keçirməyə icazə vermir və bunu əhalinin istirahət hüququnun pozulması ilə əlaqələndirir. Meriya aksiya üçün Bibiheybət qəsəbəsini göstərir. Müsavat isə qadağanı sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna deyib ki, icra hakimiyyətinə bu günki piket üçün müraciət göndərilib. Cavab məktubunda piketə icazə verilmədiyi bildirilsə də, səbəb göstərilməyib. Ancaq A.Hacılı deyir ki, onlar aksiyanı keçirməkdə israrlıdırlar: «Yarana biləcək qarşıdurmaya görə, məsuliyyət hakimiyyətin üzərinə düşür».