Tarix : 2019 Mar 18
Kod 57841

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

YAP repressiyalarından qorxmayan, repressiyanı repressiyaya göndərən belə şəxsiyyətləri yaşatmaq lazımdır, zindanda çürütmək yox.
Arannews-Bəzi məhbuslar – içlərində siyasi məhbuslar, ruhanilər, dindarlar olmaq şərtilə azadlığa çıxdılar. Bu xəbərə təbii ki, qəlbində mərhəmət olan, insanlığa hörmət edən hər kəs sevinməlidir. İstər iqtidardan olsun istər müxalifətdən. Çünki uzun müddətdir bir-birindən ayrı yaşayan insanlar bir-birinə qovuşdu. Təbii olaraq siyasi məhbuslar, o cümlədən ruhaniyyət adamları nahaqdan həbs edilmişdi. Haqlı yerə həbs edilənlər üçün Allahdan hidayət arzu edirik. Bir daha öz əyri əməllərinə qayıtmazlar.O da məlumdur ki, siyasi məhbus, ruhanilər əslində əfv olunmayıb. Baxmayaraq ki, rəsmi olaraq buna "əfv fərmanı" deyilir. Çünki əslində bu insanlar heç bir cinayət etməmişdi. Bir "günahları" var idi, o da hakimiyyətin günahlarını ifşa etmək, onları çəkindirmək. Onların bu barədə heç bir günahları olmadığı üçün onların haqqında "prezident əfv etdi" demək düzgün olmazdı. Çünki günahkarı əfv edərlər, əgər əziz ruhanilərimiz, dindarlarımız siyasi hakimiyyətə qarşı günah etməyibsə sadəcə zülmləri ifşa edib həbs ediliblərsə deməli burada günahdan söhbət gedə bilməz.Eşitdiyimə görə MBH-dan Elçin Qasımovla birgə bir neçə nəfər də azadlığa buraxılıb. Bu isə həm də o deməkdir ki, Nardaran hadisələri doğrudan da uydurmadan başqa bir şey deyil. Yoxsa dövlətə - güya – silah çevirmiş insanlar niyə əfv edilməlidir ki? Digər ilahiyyatçılarımız olan Hacı Elman, Hacı Zülfüqarın azadlığına sevindiyimiz kimi Hacı Mövsümün, Hacı Abgülün, Hacı Talenin həbsdə saxlanılmasına da istər-istəməz üzülürük. Amma gün gələcək siyasi hakimiyyət, İlham Əliyev onlara qarşı yol verdiyi səhvi də başa düşəcək. Hər iş Allahın əlindədir.Əslində bu insanların hər biri cəmiyyət, xalq üçün dəyərli insanlardır. Bu insanların əliylə neçə nəfər insan düz yola gəlib. Bir sadə misal çəkmək istərdik. Bilirik ki, narkomaniya zahirdə bütün dünyanın mübarizə apardığı bir bəladır. Digər cinayətlər kimi bu cinayətə mürtəkib olmuş insanlar barəsində də mübarək dinimizin göstərişləri vardır. Bu cür mübtəla insanları ruhanilərdən, din adamlarından gözəl kim yenidən gözəl, bəlasız, xəstəliksiz həyata qaytara bilər. Bu insanlar elə insanlardır ki, həbsə girsələr belə həbsdə olan cinayətkarları, hətta bölmə, həbsxana rəislərini pis insan olmaqdan çıxarıb yaxşı insan edə bilərlər.Şəxsən bilirəm ki, hər bir dindar, dinini sevən vətəndaşın ürəyindən bu sözlər keçir ki, İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale, Seyyid Fəraməz, Şeyx Sərdar və başqa ruhanilərə özlərini isbatlamaqdan ötrü fürsət tanıyardım. "İsbatlamaq" deyərkən İlham Əliyevin mərhəmət göstərməsini, adları çəkilən insanların "düzəlməsindən" danışmırıq. Bu insanlar əyri insan deyillər, əyri iş görməyiblər ki, düzəlsinlər. Məqsədimiz budur ki, bu insanların hər birisinə ayrı-ayrılıqda imkan tanınmalıdır, onlara şərait yaradılmalı, efir məkanı verilməlidir ki, onlar dini rahat bir şəkildə təbliğ etsinlər. Qarabağı almaq üçün hüseynçi vətəndaşlar yetişdirsinlər. Hacı Abgülün, Hacı Talenin, elə digərlərinin də Qarabağla bağlı çıxışlarını, istəklərini eşitmişik. Bu insanlar həm Qarabağ üçün şəhid yetişdirməyə, həm də Qarabağ üçün ölməyə hazır insanlardır. Xüsusi olaraq qeyd etmək istədiyimiz bir məsələ vardır. Hacı Tale dəfələrlə həbs edilib. Həbsdən çıxanda deyirdi ki, kiçik zindanda idik böyük zindana çıxmışıq. Allah izn verdiyi müddətdə bundan sonra da zalımlar onu sındıra bilməyəcək. Bu cür – ölümün gözünün içinə dik baxan insanlara fürsət tanınmalıdır ki, özü kimi "ölümsüz", "canlı şəhid" insanlar yetişdirsin. YAP repressiyalarından qorxmayan, repressiyanı repressiyaya göndərən belə şəxsiyyətləri yaşatmaq lazımdır, zindanda çürütmək yox. Biz inanırıq ki, digər ruhanilər, digər dindarlar da inşallah həbsdən azad olacaq, Allah yolundakı fəaliyyətlərini davam etdirəcəklər.


  • Yazılıb
  • da (də) 2019 Mar 18
  • Göndərən مدير سايت Aran News